AZ

Avropadan Ukraynaya çağırış: Bu təminat olmasa, Putinə güzəştə getməyin

Aİ liderləri Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiyanın ABŞ-dan təhlükəsizlik zəmanəti olmadan sülh nizamlanması tələbləri ilə razılaşmamağı tövsiyə ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Wall Street Journal"a məlumatlı mənbələr bildirib.

Onların sözlərinə görə, bu məsələ dekabrın 1-də Ukrayna lideri ilə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Avropa Komissiyasının sədri Ursula fon der Lyeyen arasında telefon danışığı zamanı qaldırılıb. Konkret olaraq Makron bəyan edib ki, Vaşinqtondan ABŞ-ın Ukraynanı necə qoruyacağına dair ətraflı izahat tələb edilməlidir.

Qeyd olunur ki, bu söhbət haqqında daha əvvəl "Der Spiegel" məlumat yayıb. Əldə olunan stenoqramda Fransa prezidenti deyib: “ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı aydınlıq olmadan ərazi məsələsində Ukraynaya xəyanət edilməsi ehtimalı var”.

O, həmçinin Zelenskiyə Kiyevdən Donbası Rusiyaya təslim etməyi tələb edən sülh sazişinin yaratdığı “böyük təhlükə” barədə xəbərdarlıq edib. "Onlar sizinlə və bizimlə oyun oynayırlar", - deyə Merts bildirib.

Seçilən
92
publika.az

1Mənbələr