Vətəninfo.az xəbər verir ki, Real Madridin sabiq sol cinah müdafiəçisi Marcelo futboldakı uğurlarını komandaya bağlayıb. Jurnalistlərin sualına cavab olaraq o bildirib ki, futbol fərdi idman növü deyil və qazandığı kuboklar təkbaşına mümkün olmayıb.
“Futbol fərdi idman növü deyil, məsələ komandadadır. Mənim uğurlarım Real Madridin əməyidir. Kubok təkbaşına qazanılmır,” – deyə Marcelo vurğulayıb.
O həmçinin özünü tarixin ən yaxşı sol cinah müdafiəçisi ilə müqayisə etməyəcəyini qeyd edib: “Roberto Carlosu tarixin ən yaxşı sol cinah müdafiəçisi adlandırardım. Amma bu, onun da xoşuna gəlməyəcək.”
Marcelo karyerası ərzində 5 dəfə Çempionlar Liqası, 6 dəfə La Liga, ümumilikdə isə 25 kubok qazanıb.