AZ

“English for International Relations” adlı dərs vəsaiti nəşr edilib

Bakı, 5 dekabr, AZƏRTAC

“English for International Relations” adlı dərs vəsaiti nəşr edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dillər” kafedrasının dosenti Aynur Fərmanovanın hazırladığı “English for International Relations” (Beynəlxalq münasibətlər üzrə İngilis dili) adlı dərs vəsaiti giriş, ixtisasa uyğun 25 mövzudan, onlara dair suallar, tapşırıqlar, oxu materialları və ələvələrdən ibarətdir. Dərs vəsaitində seçilmiş mövzular aktualdır və ixtisasa uyğundur.

Qeyd etmək lazımdır ki, müasir dünya siyasəti və dövlətlərarası münasibətlər sistemində beynəlxalq və regional təşkilatlar həm ölkələr arasında ikitərəfli əməkdaşlıqda, həm də çoxtərəfli diplomatiyada mühüm rol oynayırlar. Bu baxımdan, vəsaitdə beynəlxalq münasibətlərin əsasları, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri, dünya siyasətində aparıcı rol oynayan beynəlxalq təşkilatlar haqqında oxu materialları verilir. Xüsusilə, tədris vəsaitinin “Azərbaycan beynəlxalq aləmdə” bölməsində İkinci Qarabağ müharibəsində hərbi diplomatik uğurlar, ərazi bütövlüyü və suverenliyinin bərpası mövzuları da öz əksini tapıb. Eyni zamanda, vəsaitdə hər bir mövzuya aid olan sual və tapşırıqlar, oxu materiallarının verilməsi tələbənin kursu ingiliscə mənimsəməsində mühüm rol oynayır. Kursun daha mükəmməl şəkildə öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edən mənbə və ədəbiyyat siyahısı göstərilir. Bununla yanaşı, dərs vəsaitində beynəlxalq təşkilatlara aid olan nəşrlərdə, həmçinin müxtəlif sənədlərdə ən çox istifadə edilən ixtisarlar, diplomatik terminlər, latın və fransız mənşəli sözlər, coğrafi adlar da öz əksini tapıb.

Seçilən
80
azertag.az

1Mənbələr