AZ

Gəncə “Dubay bazarı”nda bıçaqlanma — Məhkəmə hökmü elan olundu

Gəncə

Gəncə şəhərində yerləşən “Dubay bazarı”nda baş verən bıçaqlanma hadisəsi ilə bağlı məhkəmə hökmü açıqlanıb. 1979-cu il təvəllüdlü Vüsal Əsgərov tanışı Arazı şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bıçaqlamaqda təqsirli bilinib.Ulusum.az-ın bölgə müxbirinin məlumatına görə, hadisə 2024-cü il avqustun 26-da şəhərin Azərbaycan Bayrağı küçəsində yerləşən və “Dubay bazarı” kimi tanınan ticarət obyektində baş verib.İstintaq materiallarına əsasən, tərəflər arasında meyvə qiymətinə görə mübahisə yaranıb. Bu zaman Arazın nalayiq ifadələr işlətməsi Vüsal Əsgərovu qəzəbləndirib. O, işlədiyi yerdən meyvə bıçağını götürərək geri qayıdıb və tanışının sol döş qəfəsinə bir zərbə endirib.Məhkəmədə ifadə verən Vüsal Əsgərov özünü qismən təqsirli bildiyini deyib və hadisə vaxtı spirtli içki qəbul etdiyini, emosiyalarına nəzarət edə bilmədiyini bildirib.Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Əsgərov Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.R.D

Diqqət Çəkənlər

Qaradağda dəhşətli yanğın: 4 nəfər həyatını itirdi - 4 nəfər öldü VİDEO

MN-in Tibbi Sənədlər Arxivinin rəisi həbs olundu

Beyləqanda İKT İşçilərinin Peşə Bayramı Qeyd Olundu

Seçilən
43
ulusum.az

1Mənbələr