AZ

Litva fövqəladə vəziyyət elan etməyə hazırlaşır

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Litva hökuməti Belarusdan qaçaqmalçılıq yolu ilə gətirilən hava şarlarının sayının artması fonunda fövqəladə vəziyyət elan etməyə hazırlaşır.

Bizimyol.info xəbər verir ki, LRT-nin məlumatına görə, bu barədə ölkənin baş nazirinin müşaviri İqnas Algirdas Dobrovolskas məlumat verib.

"Hökumət vətəndaş təhlükəsizliyinə təhdid səbəbindən fövqəladə vəziyyət elan etməyə hazırlaşır", - deyə o bildirib.

Bu açıqlama Vilnüs hava limanında əməliyyatları dayandıran qaçaqmalçılıq yolu ilə gətirilən hava şarlarının sayının artması fonunda verilib. Oktyabr ayında Litva vəziyyətə görə Belarusla hər iki sərhəd keçid məntəqəsini bağladı.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
102
icma.az

1Mənbələr