ABŞ Dövlət Katibi Marko Rubio ölkəsində siyasi mövqelərini möhkəmləndirmək məqsədilə xarici siyasət prioritetlərini Ukraynadan Venesuelaya yönəldib. Vətəninfo.az xəbər verir ki, bu barədə The Daily Mail anonim mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, Rubionun diqqətini Venesuelaya yönəltməsi onun gələcək siyasi karyerası üçün vacib hesab etdiyi Floridadakı zəngin venesuelalı seçicilərin maraqlarını təmin etmək istəyi ilə bağlıdır.
Rubio Ukraynanı isə MAGA (Amerikanı Yenidən Böyük Et) hərəkatı kontekstində “uduzmuş məsələ” kimi qiymətləndirib. Dövlət katibi müsahibəsində vurğulayıb ki, “Öncə Amerika” siyasəti çərçivəsində prioritetlər ABŞ-a daha yaxın olan təhlükələrə əsaslanmalıdır.
“Amerikalılar üçün evə daha yaxın olan məsələlər xarici müharibələrdən daha vacibdir,” – deyə Rubio qeyd edib və diqqətin Qərb yarımkürəsindəki ölkələrə yönəldilməsini izah edib.