AZ

Daşkəsəndə dostu yeniyetməni butulka ilə başından vurdu

Daşkəsəndə 14 yaşlı yeniyetmə dava zamanı xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Mədənçilər qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 2011-ci il təvəllüdlü E.Orucov qulağının, qollarının və baş nahiyəsinin kəsilmiş yarsı ilə xəstəxanaya çatdırılıb. Ona yardım edilib, hazırda yeniyetmənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, yeniyetmə dostu tərəfindən butulka ilə vurulub. Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
122
1
unikal.az

4Mənbələr