
Dəhşətli yanğının qurbanı olan ana və övladları Gədəbəydə dəfn olunacaqlarUlusum.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Qobu Park-1” yaşayış kompleksində 4 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb. Bildirilib ki, hadisə yerinə Qaradağ Rayon İcra Hakimiyyəti rəhbərliyi, hüquq-mühafizə orqanları və Komitə rəsmiləri cəlb olunub.İlkin araşdırmaya əsasən, yanğın Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti yaşadığı mənzildə başlayıb. Qatı tüstü nəticəsində Füzuli rayonundan olan məcburi köçkünlər – 1998-ci il təvəllüdlü Zülfiyyə Yusifova və onun övladları Yusif (2016) və Məryəm (2019) Yusifovlar, həmçinin 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.Ailə üzvlərinin məlumatına görə, Yusif Hüseynov Qala qəbirstanlığında, Zülfiyyə Yusifova və övladları isə doğulduqları Gədəbəy rayonunda dəfn olunacaqlar.Yanğının səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan qiymətləndirilir.R.Daşdəmirova
Diqqət Çəkənlər
Qaradağda dəhşətli yanğın: 4 nəfər həyatını itirdi - 4 nəfər öldü VİDEO
MN-in Tibbi Sənədlər Arxivinin rəisi həbs olundu
Beyləqanda İKT İşçilərinin Peşə Bayramı Qeyd Olundu