AZ

Dəriyə parıltı verən təbii vasitə: düyü suyu

Düyü suyu həm dərinin nəmləndirilməsində, həm də tonunun bərabərləşdirilməsində mühüm rol oynayır.


Pravda.az bildirir ki, düyü suyunun tərkibindəki E vitamini və amin turşuları dərinin nəm balansını gücləndirir, quru və həssas dəriyə dəstək olur.


Bundan əlavə, antioksidantlar dərinin elastikliyinin qorunmasına kömək etdiyi üçün yaşlanma əlamətlərinin gecikməsində də rol oynaya bilər.


Mütəxəssislər həmçinin düyü suyunun günəş yanığı və qıcıqlanma hallarında sakitləşdirici təsir göstərdiyini vurğulayır.


Evdə hazırlanması da asan olan düyü suyu üçün 1 stəkan düyünün 2–3 stəkan suda 30 dəqiqə isladılması kifayətdir. Qaynadılmış düyünün suyu da soyudularaq tonik kimi istifadə oluna bilər.


Əminə Bayramova 

Tarix: 5 Dekabr 2025, 15:53   
Seçilən
106
pravda.az

1Mənbələr