“Atletiko”nun hücumçusu Aleksander Sörlotun Türkiyə Super Liqasına keçidi gündəmdədir.
İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça” futbolçunun xidmətində maraqlıdır. Tərəflər gələn həftə danışıqlara başlaya bilər.
Türkiyə klubu Madrid təmsilçisi qışda yeni hücumçu alsa, Sörlot üçün rəsmi təklif göndərəcək.
Norveçli forvardın da oyun praktikasının azlığı səbəbindən komandadan ayrılmağa müsbət yanaşdığı bildirilir.
Onun “Atletiko” ilə müqaviləsi 2028-ci ilə qədərdir.