Erik Qarsiya “Barselona” ilə uzunmüddətli yeni müqavilə imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, klub 24 yaşlı müdafiəçi ilə əməkdaşlığı 2031-ci ilin ortalarınadək uzadıb.
Qarsiya 2021-ci ildən “Barsa”da çıxış edir və hazırda 25 milyon avro dəyərində qiymətləndirilir. O, bu mövsüm La Liqada 15 oyunda meydana çıxaraq 1 qol vurub.
“Barselona” 15 turdan sonra 37 xalla turnir cədvəlinə başçılıq edir.