AZ

"S&P" "AzərEnerji"nin 2025-2026-cı illər üzrə kapital xərcləri ilə bağlı proqnozunu təqdim edib

Bakı. Trend:

“S&P Global Ratings”in məlumatına görə, “Azərenerji” ninkapital xərclərinin 2025-ci ildə 650–670 milyon manat səviyyəsindəolacağı, 2026-cı ildə 550–570 milyon manata qədər azalacağıgözlənilir.

Trend bu barədəagentliyə istinadən xəbər verir.

“Nəticə etibarı ilə, 2025-ci ildə 160–180 milyon manat həcmindəmənfi sərbəst əməliyyat pul axını proqnozlaşdırırıq və 2026-cı ildəbu göstəricinin neytral səviyyəyə çatacağını gözləyirik. Dövlətkapital yatırımları borcun xidmətinə dair xərclərin bir hissəsiniqarşılmalı, planlı amortizasiya ödənişləri isə borc yükünün cüziazalmasına gətirib çıxarmalıdır. Beləliklə, biz əməliyyatfəaliyyətindən əldə olunan pul vəsaitlərinin borca nisbətininproqnoz dövrü ərzində rahat şəkildə 30 faizdən yuxarı olacağınıproqnozlaşdırırıq”, – "S&P" hesabatında qeyd olunur.

Agentlik bildirir ki, yüksək kapital xərcləri tələblərinəbaxmayaraq, “Azərenerji”nin kredit göstəriciləri sabit qalacaq.Şirkət hidroelektrik stansiyalar da daxil olmaqla bir neçə enerjiistehsalı obyektinin istismara verilməsini və bərpa olunan enerjilayihələrinə sərmayə yatırılmasını planlaşdırır.

“Dövlət dəstəyi əsas kredit risklərini kompensasiya edir."Azərenerji" valyuta volatilliyinə (borcun demək olar ki, hamısıxarici valyutada nominallaşdırılıb, gəlirlərin isə demək olar ki,hamısı manatladır), şirkətin bütün vəsaitlərini saxladığı zəifdaxili bank sisteminə və dövriyyə kapitalının və ya kapitalxərclərinin potensial artımına məruz qalır. Hökumət şirkətin bütünborcuna zəmanət verir və ya ona sahibdir, həmçinin kapitalqoyuluşlarını təmin edir ki, bu da gözləntimizə görə orta müddətliperspektivdə davam edəcək. Şirkət kapital qoyuluşları, borcödənişləri, vergi güzəştləri və sıfır dividendlər daxil olmaqlageniş spektrdə dövlət dəstəyi alır. Bu isə "Azərenerji"ninAzərbaycan hökuməti üçün əsas iqtisadi və sosial rolunu əksetdirərək, ehtiyac yarandığı halda vaxtında və yetərli fövqəladədəstəyin yüksək ehtimalını təsdiqləyir”, – hesabatdavurğulanır.

Məqalədə:
Seçilən
39
az.trend.az

1Mənbələr