AZ

Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edib

Baş

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaş müraciətlərinə operativ və şəffaf yanaşmanın təmin edilməsi məqsədilə prokurorluq orqanlarında qəbullar davam etdirilir.BaşBaş Prokurorluğun Mətbuat xidmətinin məlumatı5 dekabr tarixində Baş prokuror Kamran Əliyev Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Qubadlı rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Qəbuldan öncə Baş prokuror Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək ehtiramını bildirib.Görüş zamanı 33 vətəndaşın müraciəti dinlənilib, cinayət işlərinin istintaqı, qanun pozuntularının araşdırılması və dövlət ittihamının müdafiəsi ilə bağlı məsələlərin operativ şəkildə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.Qəbuldan sonra Baş prokuror prokurorluq əməkdaşları ilə görüşərək vətəndaş müraciətlərinə obyektiv və məsuliyyətli yanaşmağın vacibliyini vurğulayıb.Ulusum.az

Diqqət Çəkənlər

Qaradağda dəhşətli yanğın: 4 nəfər həyatını itirdi - 4 nəfər öldü VİDEO

MN-in Tibbi Sənədlər Arxivinin rəisi həbs olundu

Beyləqanda İKT İşçilərinin Peşə Bayramı Qeyd Olundu

Seçilən
50
ulusum.az

1Mənbələr