AZ

Yeraltı keçiddə eskalator QIRILDI: Hansı tədbirlər görülməlidir?

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Eskalatorlardan təhlükəsiz istifadə məsələsi hər bir istifadəçinin üzərinə məsuliyyət qoyur, eyni zamanda onu istismar edən qurumların da üzərinə öhdəlik düşür".Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev deyib.O, bildirib ki, istifadə zamanı ilkin qayda odur ki, həmişə tutacaqlardan yapışmaq lazımdır:"Qaçmaq, arxaya dönmək və ya dayanmaq təhlükəlidir. Uşaqların və azyaşlıların əlindən tutmaq, yaşlılara dəstək olmaq, onları da müşayiət etmək vacibdir. Eyni zamanda uzun ətəkli, sallanan paltar, şal və ya düzgün bağlanmamış ayaqqabı bağları risk yaradır".Ekspert bildirib ki, böyük çantalar, paketlər və qoşqular eskalatora qoyulmamalıdır:"Pillələrdən düşərkən son pilləyə diqqət etmək və ilişmə nöqtələrindən yayınmaq da önəmlidir, çünki bəzi insanlar son pillədə belə təhlükə ilə qarşılaşa bilər. Hər eskalator təhlükəsizlik düyməsi ilə təmin olunmalıdır ki, fövqəladə halda qurğu dərhal dayandırıla bilsin. Həmçinin, texniki baxışlar gündəlik aparılmalıdır. Səslər, titrəmələr, boşluqlar və qırıntılar yoxlanmalıdır".Onun sözlərinə görə, həftəlik yoxlamalar zamanı kəmərlər, gərginlik və pillələrin sinxronluğu nəzərdən keçirilməli, aylıq sensor testləri və əyilmə sistemi yoxlamaları aparılmalıdır:"Mexaniki audit və yük testi də müntəzəm şəkildə həyata keçirilməlidir. Hər hansı qəza baş verdikdə isə eskalator dərhal texniki ekspertizadan keçirilməlidir".Qeyd edək ki, Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə eskalator qırılıb.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
77
demokrat.az

1Mənbələr