Şəhid Baləmir Şirməmməd oğlu Məmmədov haqqında sənədli film çəkilib. “Mübaizim prodakşın” tərəfindən istehsal edilən filmin ssenari müəllifi və rejjisoru tanınmış jurnalist Orxan Əlidir. 7 dəqiqəlik qısa sənədli filmdə şəhidin ailə üzvləri, həmkəndliləri danışıb. Onun haqqında xatirələrini bölüşüblər.
Qeyd edək ki, Balamir Məmmədov 1974-cü ildə avqutun 8-i Veri kəndində anadan olub.
O, 1993-cü ildə martın 24-ü Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində qızğın döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Onun adı əbədiləşdirilərək Lerik rayonunun müxtəlif yerlərində xatirə lövhələri və abidələr inşa edilib. Belə ki, Veri kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksində onun adı qeyd olunub. Rayonunun Küsəkəran kəndində isə Balamir Məmmədovun adını daşıyan bulaq-abidə kompleksi inşa edilib. B.Məmmədovun adı həm də Küsəkəran kəndində yerləşən ümumi orta məktəbə verilib.
O, Azərbaycan tarixində qəhrəmanlığı ilə xatırlanan və gənc nəsillərə örnək olan şəhidlərdən biridir!
https://youtu.be/Y0oSwrPc8UE