AZ

Bayram günləri yaxınlaşır, qiymət artımı başlayır Ekspertdən AÇIQLAMA

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycanda qiymət artımının bir neçə əsas səbəbi var. Son 15-20 ilin təcrübəsinə baxsaq, ənənəvi olaraq Yeni il qabağı qiymətlər daha sürətlə artır, Novruz bayramına qədər bu artım davam edir. Bayramdan sonra artım bir qədər səngisə də, qiymətlər ucuzlaşmır. Bu tendensiya əsasən tələbin artması ilə bağlıdır, amma daha fundamental səbəblər də mövcuddur".Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.O, bildirib ki, ölkə ərzaq məhsullarının təxminən 70–75%-ni daxili istehsal təmin edir, qalan hissəsi isə idxaldır:"İdxal məhsullarının qiyməti isə Azərbaycandan asılı deyil və bazar şərtlərinə tabedir. Bundan əlavə, vergi və gömrük qanunvericiliyinin də qiymətlərə təsiri böyükdür. Bir çox məhsullar üzrə yüksək vergi yükü mövcuddur. Məsələn, 15% gömrük rüsumu və 18% əlavə dəyər vergisi qiymətləri yüksəldir".Ekspert bildirib ki, bütün bunlara ölkədə istehsalın həcminin az olması və toptan satış bazarında oyunçuların sayının məhdudluğu da əlavə olunur:"Fərdi mağazalar çox olsa da, toptan satışda rəqabət zəifdir və bu da qiymətlərin sabit qalmasına təsir göstərir. Nəticədə, tələbin artması, idxal məhsullarının qiyməti, vergi yükü və bazardakı rəqabət çatışmazlığı qiymətlərin yüksəlməsində əsas rol oynayır".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
demokrat.az

1Mənbələr