Avstraliyada nəhəng toz fırtınası Tanami səhrasını “udub”.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Qızıl mədəninin işçiləri təbiət hadisəsinin şahidi olublar, nəhəng “toz divarı” ərazini bürüyüb.
Məlumata əsasən, Avstraliyanın Tanami səhrasından nəhəng toz fırtınası keçib.
Qızıl hasilatı düşərgəsinin işçiləri nəhəng “toz divarı”nın sürətlə yaxınlaşaraq “Granites” mədəninin ərazisini tamamilə örtdüyünü müşahidə ediblər.
Yayılan videogörüntülərdə fırtınanın ərazini necə “udduğu” anbaan əks olunub.
Xuraman Etibarlı
İnterpress.az