AZ

Keçmiş məcburi köçkün: Horovludan çıxanda 12 yaşım vardı, övladlarım bu yaşda kəndə qayıdıb

"Kənddən çıxanda 12 yaşım var idi. İndiyə qədər Bakıda yataqxanada ağır şəraitdə yaşayırdıq. Bu günə şükürlər olsun”.

APA xəbər verir ki, bunu bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köçən sakin Yamil Cəfərov deyib.

O, kəndə iki övladı ilə qayıtdığını bildirib: “Mən kənddən çıxanda olduğum yaşda övladlarım bu kəndə qayıdırlar. Kəndimizdə çox yaşıllıqlar vardı. İşğal dövründə məhv edilən yaşıllıqları, tarixi yerləri dövlətimiz bərpa edib. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu günü yaşadığımıza görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm".

Seçilən
29
apa.az

1Mənbələr