Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov Daşkənddə ÖzbəkistanPrezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən enerjisektorunda yeni layihələrin istifadəyə verilməsi və tikintisinəbaşlanmasına həsr olunmuş mərasimdə iştirak edib.
Trend xəbərverir ki, bu barədə Nazirlik məlumat yayıb.
Tədbirdə Özbəkistanın müxtəlif regionlarında Türkiyə, BirləşmişƏrəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Çin kimi ölkələrləyanaşı, Azərbaycanla da birgə həyata keçirdiyi layihələr telekörpüvasitəsilə təqdim edilib.
Mərasimdə çıxış edən nazir Pərviz Şahbazov hər iki ölkəliderlərinin siyasi iradəsi sayəsində Azərbaycan-Özbəkistanmünasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vəbu prosesdə dövlət başçıları arasında mövcud olan şəxsi etimad vədostluğun əvəzsiz rol oynadığını vurğulayıb. Nazir ölkəmizintamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət BaşçılarınınMəşvərət Görüşü formatına qoşulmasını, eləcə də Orta Dəhlizinəhəmiyyətini artıran Zəngəzur dəhlizinin açılması ilə bağlıproseslərin münasibətlərimizin inkişafında yeni səhifə açdığınıqeyd edib.
Bildirilib ki, ölkələrimizin vahid geosiyasi məkan kimiinteqrasiyasını təmin edən bu yeni reallıqlarda enerji tərəfdaşlığıxüsusi yer tutur: “SOCAR və “Uzbekneftegaz”ın birgə əməkdaşlığı iləhəyata keçirilən Üstyurt regionunda kəşfiyyat-axtarış layihəsinəbaşlanması da bunun bariz nümunəsidir. Bu layihə enerjitərəfdaşlığımızın strateji əhəmiyyətini bir daha təsdiqləyir, həriki ölkənin karbohidrogen sektorunda bilik və texnologiyamübadiləsini gücləndirməyə, regional enerji inteqrasiyasına vəenerji təchizatında birgə iştirak imkanlarına zəmin yaradır.”
Nazir onu da əlavə edib ki, daha bir strateji və regionaləhəmiyyətli layihə tarixdə ilk dəfə Azərbaycan, Özbəkistan vəQazaxıstanın elektrik enerjisi sistemlərini birləşdirəcəkTransxəzər enerji dəhlizi layihəsidir. Bu təşəbbüs perspektivdəAzərbaycanın tranzit rolu əsasında genişlənərək Asiya ilə Avropaarasında yerləşən Orta Dəhliz boyunca bərpa olunan enerjininötürülməsi üçün yeni imkanlar yaradacaq.
Xatırladaq ki, 24 iyul 2025-ci il tarixində Özbəkistandayerləşən investisiya blokları üzrə geoloji kəşfiyyat layihəsininhəyata keçirilməsi ilə əlaqədar SOCAR, “Uzbekneftegaz” “vəÖzbəkistan Respublikası arasında Kəşfiyyat, İşlənmə və Hasilat üzrəPay Bölgüsü Sazişi imzalanıb.