Rusiyada sistemli bank böhranı ehtimalı artır.
Publika.az xəbər verir ki, bu barədə “ İzvestiya” məlumat yayıb.
Oktyabr ayına olan məlumata görə, analitiklər vəziyyətin kritik səviyyəyə qədər pisləşməsi riskini orta hesab edirlər, çünki üç aydan çox müddətə ödənilməyən və geri qaytarılacağına ümidi az olan borclar sürətlə artır.
İlk doqquz ayda belə borc 1,6 dəfə artaraq 2,3 trilyon rubla (51 milyard manat) çatıb. Bununla yanaşı, bank institutları güzəştli proqramlara tələbatın pik həddə çatdığı dövrdə verilmiş köhnə ipoteka kreditləri, eləcə də 2023-cü ilin ikinci yarısı və 2024-cü ilin əvvəlində təminatsız istehlak kreditlərinin aktiv verilməsinin nəticələri ilə bağlı risklərlə üzləşirlər.
İqtisadçı ekspert Fyodor Sidorov deyib ki, bazarda domino effekti yarana bilər. Real sektorda hasilatın və mənfəətin azalması korporativ kredit ödənişlərini məhdudlaşdıracaq ki, bu da bankların kapital adekvatlığını pisləşdirəcək, bu da digər əmanətçilərin vəsaitlərinin xaricə axmasına səbəb olacaq.