AZ

ABŞ 30-dan çox ölkənin giriş məhdudiyyətlərini hazırlayır

Ajans.az xəbər verir ki,bu barədə ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem Fox News telekanalına açıqlamasında bildirib. “Noem deyib: “Sizə dəqiq rəqəm söyləməyəcəyəm, amma bu, 30-dan çoxdur. Əgər həmin ölkələrin sabit hökumətləri yoxdursa, ABŞ-a daxil olmaq istəyən şəxslərin kimliyini bizə aydın şəkildə izah edə və onların yoxlanılmasına yardım edə bilmirlərsə, o zaman niyə bu ölkələrdən olan insanların ölkəmizə girişinə icazə verməliyik?”” Yerli KİV-in məlumatına görə, Vaşinqton girişə qadağa və ya məhdudiyyət tətbiq edilən ölkələrin siyahısını 19-dan 32-yə qədər genişləndirməyi müzakirə edir. Kristi Noem daha əvvəl milli təhlükəsizliyə ən böyük təhdid yaratdığı hesab olunan ölkələr üçün tam giriş qadağasının tətbiqini təklif etmişdi. Onun bu bəyanatı ötən həftə ABŞ Milli Qvardiyasının üzvlərinə edilən hücumdan sonra səsləndirilib.

 

Seçilən
54
Ajans.az

1Mənbələr