Bu gün Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatının qərargahında Mərkəzi Asiya dövlətlərinin BMT-dəki Daimi Nümayəndələrinin brifinqi keçirilib.
Publika.az xəbər verir ki, Özbəkistanın BMT-dəki Daimi Nümayəndəsi Uluqbek Lapasov 16 noyabr 2025-ci ildə Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün nəticələrini təqdim edərək , regionun dövlət başçılarının BMT üzv dövlətlərini Qırğızıstan Respublikasının 2027-2028-ci illərdə BMT Təhlükəsizlik Şurasına namizədliyini dəstəkləməyə çağıran Müraciəti barədə məlumat verib.
Uluqbek Lapasov qeyd edib ki, Mərkəzi Asiya regionu dövlət başçıları ğz müraciətlərində Qırğızıstan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə namizədliyinin Mərkəzi Asiyanın qlobal sülhə və təhlükəsizliyə töhfəsini gücləndirmək istəyini əks etdirdiyini vurğulayıblar.
Öz növbəsində, Qırğızıstan Respublikasının BMT-dəki Daimi Nümayəndəsi Aida Kasımalıyeva Mərkəzi Asiya dövlətlərinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib və qeyd edib ki, bu birlik regionun sülhə, dialoqa və konstruktiv çoxtərəfliliyə ortaq sadiqliyini nümayiş etdirir. O bildirib ki,