Fransada məmur işə düzəlmək istəyən qadınların içkisinə sidikqovucu qatıb.
İnterpress.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. 200-dən çox qadına qarşı edilən iyrənc hərəkətə görə keçmiş məmuru 10 il həbs gözləyir.
Fransada Mədəniyyət Nazirliyinin keçmiş rəsmisi Kristian Neqra qarşı istintaq aparılır.
İstintaqın məlumatına görə, o, təxminən 10 il ərzində iş görüşmələrinə gələn namizədlərin çayına və ya qəhvəsinə gizlicə güclü sidikqovucu dərman qatıb. Daha sonra o, qadınları tualetdən uzaq yerlərə gəzintiyə çıxarıb və dərman təsir etməyə başlayanda onların tualetə getməsinə mane olub.
Bildirilir ki, qadınlar kəskin ağrı, halsızlıq və tərləmədən əziyyət çəkiblər. Nəticədə bir çoxu onun yanında ehtiyaclarını ödəmək məcburiyyətində qalıb, o isə bu prosesi izləyib və bəzən fotolarını çəkib.
İş üzrə 200-dən çox zərərçəkən var, onların bir çoxu ağır psixoloji travma alıb.
Dövlət qulluğundan qovulan Neqra qadağan olunmuş preparatlardan istifadə və cinsi qısnamada ittiham olunur. Onu 10 ilə qədər həbs cəzası gözləyir.
Xuraman Etibarlı
İnterpress.az