Bir müddət əvvəl ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılovanın canlı yayıma qatılması və konsert verməsi haqqında danışıb.
"Yeni Sabah" xəbər verir ki, ifaçı "Tarixin bir günü" proqramında bu məsələyə münasibət bildirərək sosial şəbəkələrdə yayılan söz-söhbətlərə son qoyub.
İfaçı bildirib ki, toylara da gedə bilər, lakin təyin olunan saatda evdə olmalıdır:
"Mənə qoyulan qaydanın saatı, dəqiqəsi var. Toylara da gedə biləcəyəm, lakin bəlli saatlarda".
Xatırladaq ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyir. O, noyabrın 19-da ev dustaqlığına buraxılıb.
Aydan Hacı
Telegram kanalımız