İran prezident Məsud Pezeşkian deyib ki, bütün problemlərin səbəbi şəxsi zövqlərin, fərdi rəy və meyillərin tətbiq edilməsidir. Onun fikrincə, hamının vəzifəsi xalqa minnətsiz xidmət etməkdir: eqoizm və mənəm-mənlik kənara qoymalıdır ki, birlik və həmrəyliklə əl-ələ verib problemlərə qalib gəlib, ölkəni inkişaf etdirmək mümkün olsun.
Hafta.az-ın yazdığına görə, Məsud Pezeşkian Kohgiluye və Boyerahməd bölgəsinə səfəri çərçivəsində yerli iqtisadi sferanın nümayəndələri ilə görüşündə bildirib: “Təqdim olunan hesabatlara əsasən, əyalətdə 800 trilyon tüməndən artıq investisiya həyata keçirilib və bu, mövcud bütün çətinlik və maneələrə baxmayaraq, özəl sektorun, sərmayədarların və bankların iştirakı ilə əldə olunmuş böyük və qürurverici nailiyyətdir”.
Prezident deyib: “Hamımızın vəzifəsi xalqa minnətsiz xidmət etməkdir və fəaliyyətində xüsusilə imkansız, az inkişaf etmiş və məhrum bölgələrə daha çox diqqət və səy göstərəcək. Ölkənin problemlərini və böhranlarını həll etmək üçün bütün imkanlardan istifadə edəcəyik: universitetləri, alimləri və ekspertləri işə dəvət etmişik. Su, ətraf mühit, kənd təsərrüfatı və hava çirkliliyi kimi mühüm məsələlərdə mütəxəssislərin və alimlərin rəyindən yararlanırıq”.
Prezident qeyd edib ki, ölkədə ilk dəfə olaraq, Ali Rəhbərin istiqamətləndirməsi və dəstəyi ilə sünni, kürd və bəluç icmalarından olan şəxslər əyalət valisi vəzifələrinə təyin olunublar.
“Rəhbərin son bəyanatında vurğuladığı kimi, 8 illik müharibə dövründə olduğu kimi yenə də birləşərək həmrəy olmalıyıq”, - o, fikrini tamamlayıb.