İranda bir müddət əvvəl hicabın sərbəst olması barədə qərar verilsə də, rejim “U” dönüşü etməyə başlayıb.
Tribunainfo.az xəbər verir ki, artıq bir müddətdir qadınların hicab qaydalarına riayət etməməsi səbəbindən saxlanılmalara start verilib.
Qeyd edək ki, prosesə ilk olaraq Ədliyyə Nazirliyi qarışsa da, ardından ETTELAT da qoşulub. Bu səbəbdən də Tehran və daha bir neçə şəhərdə qadınlarla polis və kəşfiyyat qurumlarının əməkdaşları arasında toqquşmalar baş verib.
Lakin bu lokal toqquşmalar fonunda Tehranda bir qrup qadın analoji vəziyyətlə üzləşməmələri üçün müqavimət hərəkatı yaratdıqlarını bəyan ediblər. Onlar hicab qayddalarına görə, qadınlara qarşı hər hansı addım atılmasını önləmək üçün bu təşkilatı yaratdıqlarını bildiriblər. Həmçinin hamını prosesə qoşulmağa çağırıblar.
Fərda Uğur