AZ

“Görüşlər vasitədir, sülhə xidmət edir” ŞƏRH

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Dohada keçiriləcək görüş panel müzakirələri çərçivəsində baş tutacaq Bundan əlavə, Azərbaycan və Ermənistan arasında diplomatik təmaslar davam edir”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Hətta Ermənistan Baş Naziri müavini Herbi Qriqoryan ötən həftə Qəbələdəki nümayəndə heyətinə rəhbərlik edib.

Göründüyü kimi, de-facto sülh mövcuddur. Yüksək səviyyədə keçirilən bu görüşlər və təmaslar qarşılıqlı etimadın formalaşmasına xidmət edir”.

Məhəmməd Əsədullazadə onu da qeyd edib ki, görüşlər zamanı anqlavlarla bağlı məsələlərdə delimitasiya, Ermənistanın konstitusiya referendumları kimi mövzular da müzakirə oluna bilər:

“Baxmayaraq ki, Ermənistan bunu ictimaiyyətə açıq şəkildə təqdim etmir. Həmçinin, Ermənistan ilə Türkiyə arasında sərhədlərin açılması məsələsi də gündəmdədir.

Ümumiyyətlə, bu görüşlər vasitədir və sülhə xidmət edir”.

Siyasi şərhçi əlavə edib ki, həm Azərbaycan, həm də Ermənistan liderləri siyasi iradələrini ortaya qoyublar və belə görüşlər vasitəsilə müsbət irəliləyişlərin əldə olunacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen

Məlumata görə, tərəflər “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” mövzusunda panel müzakirəsində iştirak edəcəklər.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
117
icma.az

1Mənbələr