AZ

Paşinyan katolikosa “təhdid” dedi

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini açıq şəkildə dövlət təhlükəsizliyinə təhdid hesab etdiyini deyib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Paşinyan yalnız katalikosun adının çəkildiyi kilsə mərasimlərində qəsdən iştirak etmədiyini etiraf edib.

Dekabrın 4-də hökumət iclasından sonra keçirilən brifinqdə hökumət başçısı dini mərasimlərdə iştirakı ilə bağlı protokola münasibət bildirib. Paşinyan ziyarət etməyi planlaşdırdığı kilsələrdəki ruhanilərə Milli Təhlükəsizlik Xidməti də daxil olmaqla, müxtəlif kanallar vasitəsilə əvvəlcədən xəbərdarlıqlar edildiyi barədə məlumatları təkzib etməyib. 

Tələb ondan ibarətdir ki, Baş nazir onu katolikos kimi tanımaqdan imtina etdiyi üçün II Qareginin (dünyada – Ktriç Nersisyanın) adı liturgiya zamanı çəkilməməlidir. Paşinyanın sözlərinə görə, onlar Nersisyanın statusu ilə bağlı mövqeyinin nəzərə alınmasını xahiş edirlər. 

Baş nazir bu cür sərt tədbirləri və təhlükəsizlik xidmətlərinin iştirakını katolikosu “Ermənistanın milli təhlükəsizliyinə təhdid” adlandırmaqla izah edib. Paşinyan Ermənistan Apostol Kilsəsinə ən böyük zərəri hazırkı katolikosun vurduğuna  inandığını bildirib. 

Hökumət başçısının sözlərinə görə, Nersisyanın Eçmiədzin Ana Taxtında olması dindarların, o cümlədən özünün dini hisslərini təhqir edir və ölkənin mənəvi həyatı üçün dağıdıcı amildir.

Seçilən
96
cebheinfo.az

1Mənbələr