AZ

Media Forumunda jurnalistlərin peşəkarlığının artırılması müzakirə olunub

Azərbaycan-Gürcüstan Media Forumunda "Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq" mövzusunda panel sessiya keçirilib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, panelə Medianın İnkişafı Agentliyinin (MEDİA) Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova moderatorluq edib.

Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova, Qriqol Robakidze Universitetinin Humanitar və Sosial Elmlər Məktəbinin professoru, Multimedia Mərkəzinin rəhbəri Maia Paçkoriya, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, eləcə də Gürcüstanın "Post TV" telekanalının analitik qrupunun nümayəndəsi Gia Abaşidze spiker qismində çıxış edərək jurnalistlərin peşəkarlığının artırılması, cəmiyyətin media savadlılığının yüksəldilməsi və bu sahədə ikitərəfli əməkdaşlığın rolu ilə bağlı fikirlərini bölüşüblər.

Seçilən
35
missiya.az

1Mənbələr