AZ

Cəmiyyət üçün əhəmiyyətli olan əsas bacarıqlardan biri məlumatı sorğulamağı bacarmaqdır - Dekan

Bakı. Trend:

Azərbaycanda media savadlığı ayrıca tədris olunur, lakin bununlayanaşı, jurnalistika ixtisası ilə bağlı fənlərin tədrisinə dəmüəyyən elementlər inteqrasiya edilib.

Trend xəbərverir ki, bunu bu gün Bakı Dövlət Universitetinin Jurnalistikafakültəsinin dekanı Vüqar Zifəroğlu Azərbaycan-Gürcüstan MediaForumu çərçivəsində “Jurnalistlərin peşəkarlığının və cəmiyyətinmedia savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzusunahəsr olunan panel sessiyada çıxışı zamanı deyib.

V.Zifəroğlu vurğulayıb ki, praktiki nöqteyi-nəzərdən isə buradaəsas məsələ xəbər istehsalı prosesində informasiyanın hansımeyarlarla işlənilməsi, hansı norma və prinsiplərə əməl olunması,analitik və araşdırma jurnalistikası zamanı mövzuların işlənməsi vəfaktların toplanması prosesində hansı ölçülərin əsas götürülməsi,sorğu aparmağın doğru üsulları, sualların düzgün qoyuluşu kimivacib bacarıqların öyrədilməsidir:

“Bu meyarlar obyektivlik və dəqiqlik prinsiplərindən kənaraçıxmamaq üçün çox əhəmiyyətlidir. Praktiki dərslər və tapşırıqlarzamanı da bu nüanslar xüsusi olaraq nəzərə alınır”.

Dekan bildirib ki, media savadlığı yalnız jurnalistlər üçündeyil — bütün cəmiyyət üçün əhəmiyyətli olan əsas bacarıqlardanbiri sorğulamağı bacarmaqdır:

“Əldə edilən və ya qarşıya çıxan hər hansı bir informasiyanınhəqiqəti nə dərəcədə əks etdirdiyini, həmin məlumatda həqiqətpayının nə qədər olduğunu müəyyənləşdirmək qabiliyyəti hər kəsdəolmalıdır.

İnternet və informasiya kanalları bizə çoxsaylı alternativmənbələr təqdim edir. Bu isə o deməkdir ki, bir mənbədən əldəetdiyimiz məlumatın nə dərəcədə həqiqət olduğunu digər müstəqil vəparalel mənbələrdən yoxlamaq mümkündür. Bunun üçün sadəcə olaraq“bu nə dərəcədə həqiqət ola bilər?” sualını vermək, yənisorğulamağı bacarmaq kifayətdir”.

BDU nümayəndəsi xatırladıb ki, Azərbaycana qarşı aparılaninformasiya müharibəsi çərçivəsində internetdə, o cümlədən tanınmışplatformalarda, məsələn, “Wikipedia”da Azərbaycanın tarixifaktları, tarixi şəxsiyyətləri, bölgələri, toponimləri vəetnoqrafiyasına dair çoxlu sayda yalan məlumatlar mövcud olub:

“2010-cu illərdə gənclərimizin başladığı könüllü hərəkat həmindezinformasiyaların aradan qaldırılmasına yönəlmişdi. O dövrdəjurnalistika fakültəsinin tələbələri də bu prosesə fəal qoşularaqmətnlərin tərcüməsinə, faktların yoxlanılmasına, mənbələrindəqiqləşdirilməsinə yardım göstərirdilər.

Bu nümunələr göstərir ki, müxtəlif kanallardan müxtəlifməlumatlar yayıla bilər, lakin əsas məsələ həmin məlumatısorğulamaq, onu digər paralel mənbələrlə yoxlamaq və nə dərəcədəhəqiqəti əks etdirdiyini müəyyənləşdirməkdir. Bu isə mediasavadlığının ən vacib komponentidir”.

Qeyd edək ki, bu gün Bakıda “İctimai etimadınformalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi”mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir.

Forum çərçivəsində birinci panel sessiya “İnformasiyatəhlükəsizliyinin təmini məqsədilə media ekosisteminingücləndirilməsi” mövzusuna həsr olunub.

“Jurnalistlərin peşəkarlığının və cəmiyyətin mediasavadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzusunda ikincipanel sessiyaya keçirilməsi də nəzərdə tutulur.

Seçilən
84
2
az.trend.az

3Mənbələr