Bu ilin yanvar-oktyabr aylarında Qərbi Avropa ölkələrindən Azərbaycana 95 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin oktyabr ayında qeyd edilən regiondan gələnlərin sayı 11,5 mindən çox təşkil edib. Bu, 2024-cü ilin oktyabr ayına nisbətdə 0,2 faiz çox, cari ilin sentyabr ayına nisbətdə isə 27,8 faiz azdır.
2025-ci ilin oktyabr ayında Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:
Almaniya – 2690
Birləşmiş Krallıq – 2530
İtaliya – 1642
Fransa – 799
İspaniya – 762
Niderland – 606
Belçika – 384
İsveçrə - 335
Avstriya – 310
Portuqaliya – 304