AZ

Kənd Təsərrüfatı Nazirliyi ilə sahibkarlar arasında azad olunmuş ərazilərdə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanılıb

Bakı. Trend:

45-dən çox sahibkarla ilkin mərhələdə 5 illik, sonrakı mərhələdə44 illik müddətə nəzərdə tutulmaqla ümumilikdə 4 654 hektartorpağın icarəyə verilməsi həyata keçirilir.

Trend xəbər verir ki, bubarədə Nazirlik məlumat yayıb.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan RespublikasıPrezidentinin 27 noyabr 2024-cü il tarixli 236 nömrəli Fərmanınınicrası çərçivəsində işğaldan azad edilimiş ərazilərdə torpaqidarəçiliyinə dair işlərin görülməsi davam etdirilir.

Cari ilin sentyabr və oktyabr aylarında sahibkarlar üçün torpaqsahələrinin istifadəyə verilməsi məqsədilə bağçılıq və heyvandarlıqistiqamətində Xocalı, Xocavənd və Laçın rayonları üzrə ümumilikdə6876 hektar torpaq sahəsi müsabiqəyə çıxarılıb. Bu çərçivədəqeydiyyata alınmış 68 müraciətdən, layihə sənədlərini təqdim etmiş49 müraciətçi üzrə 51 layihə qiymətləndirilməyə cəlb olunub vənəticədə 48 layihə məqbul hesab edilib. Məqbul hesab edilənmüraciətlər üzrə investisiya layihələrinə ayrılması nəzərdə tutulantorpaq sahəsi 3 rayon üzrə 4 654 ha təşkil edir. Bunlardan 1 layihəintensiv heyvandarlığın inkişaf etdirilməsi istiqaməti (Laçınrayonu), digər 47 layihə isə (Laçın, Xocalı və Xocavənd rayonları)intensiv meyvəçilik istiqamətini əhatə edir.

Artıq qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqəqalibləri ilə Kənd Təsərrüfatı Nazirliyi arasında torpaq icarəmüqavilələrinin bağlanılmasına başlanılıb.

Əkin yerlərinin sahibkarlara investisiya müsabiqələri əsasında5+44 ilədək müddətə icarəyə verilməsi nəzərdə tutulur. İnvestisiyamüsabiqələrində təqdim edilmiş aqrar layihənin kənd təsərrüfatıfəaliyyətinin dəyər zəncirini əhatə etməsi (əkinçilik, bağçılıq,heyvandarlıq, emal və s.), innovativ parametrlərə malik olması,investisiya həcmi, səmərəliliyi, dəyər zəncirini özündə ehtivaetməsi və s. məsələlər nəzərə alınır. İcarə müddəti dövründəfəaliyyətin qiymətləndirilməsi ilə fəaliyyətin davam etdirilməsiqərarları qəbul olunacaqdır.

Qeyd edək ki, azad olunmuş ərazilərdə kənd təsərrüfatıfəaliyyətlərinin dayanıqlı inkişaf prinsipləri əsasındaformalaşması Nazirliyin əsas prioritetlərinə daxildir. Bu məqsədləicarə əsaslı torpaq əldə etmiş sahibkarlara müvafiq subsidiyalarlagöstərilən dəstəklər diqqət mərkəzində saxlanılır və AqrarSubsidiya Şurasının hər il qəbul edilən qərarlarında ehtiyacmeyarları nəzərə alınaraq fərqləndirilir.

Seçilən
74
6
az.trend.az

8Mənbələr