AZ

Rubio siyasi gələcəyi naminə diqqətini Ukraynadan Venesuelaya yönəldib

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Dövlət Katibi Marko Rubio siyasi gələcəyi naminə prioritetlərini Ukraynadan Venesuelaya yönəldib.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Daily Mail" mənbələrə istinadən məlumat verib.

ABŞ diplomatı anonimlik şərti ilə nəşrə bildirib ki, Rubionun "Venesuelaya olan diqqəti" onun hakimiyyətdəki mövqeyini gücləndirmək cəhdləri ilə əlaqələndirilir.

Nəşrin mənbəyinin verdiyi məlumata görə, Rubionun əsas prioriteti "Latın Amerikası gündəliyidir: o, Floridadakı varlı venesuelalılarını razı salmalıdır, onlar onun siyasi gələcəyi üçün faydalıdırlar".

Diplomat əlavə edib ki, Dövlət Katibi Ukraynanı "MAGA (Amerikanı Yenidən Böyük Et) dünyasında məğlub döyüş" hesab edir.

Rubionun özünün sözlərinə görə, əgər o, Amerikaya və "Amerika Birinci" siyasətinə diqqət yetirirsə, Qərb yarımkürəsindən başlamaq lazımdır. O, müsahibəsində bildirib ki, amerikalılar üçün "xaricdəki müharibələrdən" daha çox ölkəyə yaxın təhdidlər vacibdir.

Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə kifayət qədər mübarizə aparmamaqda ittiham edir. Ağ Ev Venesuela prezidenti Nikolas Maduronu "Günəşlər Kartelinin" lideri elan edib.

Narkotika qaçaqmalçılığına qarşı mübarizə zəminində ABŞ Hərbi Dəniz Qüvvələri "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu, nüvə sualtı qayığı və 16 mindən çox hərbçini Karib dənizinə göndərib. Sentyabr ayından bəri ABŞ qüvvələri bölgədə ən azı 20 sürət qayığını batırıb və 76 nəfər həlak olub.

Amerika mediası dəfələrlə ABŞ-ın tezliklə Venesueladakı narkotik kartelinin hədəflərinə zərbə endirməyə başlaya biləcəyi barədə məlumat yayıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
80
icma.az

1Mənbələr