AZ

“Doha görüşündə Zəngəzur dəhlizinin paralel kommunikasiyaları müzakirə olunacaq” DEPUTAT

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Doha Forumu çərçivəsində Dohada görüşəcək.

Bu barədə Ermənistanın Təhlükəsizlik Şurası əlumat yayıb.

Məlumata görə, tərəflər “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” mövzusunda panel müzakirəsində iştirak edəcəklər.

Mövzu ilə Gununsesi.info -ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu belə münasibət bildirib:

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Dohada keçirilməsi nəzərdə tutulan görüşü, mənim fikrimcə, delimitasiya və demarkasiya komissiyalarının son Azərbaycandakı görüşündən sonra yaranmış yeni mərhələnin müzakirəsi ilə başlayacaq. Görüşün gündəminin isə Zəngəzur dəhlizinin hansı şərtlərlə açılmasına qədər genişlənəcəyi ehtimal olunur.

Çünki vaxt getdikcə azalır və dəhliz ya açılmalıdır, ya da açılmalıdır. Avropa İttifaqı və ABŞ da daxil olmaqla, Mərkəzi Asiya ölkələri, Çin və Pakistan artıq diqqətlərini Böyük İpək Yolunun orta xətti kimi səciyyələndirilən Zəngəzur dəhlizinin açılmasına yönəldiblər. Bu baxımdan görüşdə əsas müzakirə mövzusu paralel kommunikasiyalar məsələsi olacaq.

Paralel kommunikasiyalar nədir? Bu – dəmir yolu, avtomobil yolu və enerji xətlərinin eyni trayektoriya üzrə, paralel şəkildə Zəngəzur dəhlizindən keçməsidir. Əks halda, həm dəhliz anlayışının mahiyyəti təhrif olunacaq, həm də ümumilikdə dəhlizin açılması real görünməyəcək. Çünki Paşinyan bir müddət əvvəl bildirmişdi ki, onlar dəmir yolunun ənənəvi dəhliz vasitəsilə çəkilməsinə razıdırlar, lakin avtomobil və enerji xəttinin daha şimaldan, Ermənistanın daxilinə doğru keçməsini təklif edirlər. Lakin həmin ərazinin relyefi və coğrafiyası belə bir avtomobil yolunun yükdaşıma və tranzit üçün yararlı olmasına imkan vermir”.

Deputat onu da əlavə edib ki, enerji xəttinin dəhlizdən kənar çəkilməsi təhlükəsizlik baxımından mümkün deyil.

“Bu səbəbdən üç istiqamətin də — dəmir yolu, avtomobil yolu və enerji infrastrukturunun  klassik Zəngəzur dəhlizi boyunca, bir-birinə paralel şəkildə keçməsi vacibdir.

Məncə, bu məsələlərin təcili şəkildə razılaşdırılmasına ehtiyac var və Hikmət Hacıyev ilə Armen Qriqoryanın görüşündə bu məqamların müzakirə ediləcəyi gözləniləndir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
122
icma.az

1Mənbələr