AZ

Cəbrayılın Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib.

APA-nın yerli bürosu xəbər verir ki,​ 18 ailə - 66 nəfər Horovlu kəndinə çatıb. Sakinlərə evlərin açarları təhvil verilib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA-nın mütəxəssisləri iştirak edib.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət, ailələrinə səbir diləyiblər.

***

12.09

Bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub.

APA-nın bölgə müxbiri xəbər verir ki, bu gün Horovlu kəndinə 18 ailə - 66 nəfər köçürülüb.

Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Cəbrayılın Cəbrayılın
Seçilən
55
7
apa.az

10Mənbələr