AZ

Orta Dəhliz uzunmüddətli perspektivdə Azərbaycan üçün əlavə şaxələndirmə imkanları təqdim edir - "Moody's"

Bakı. Trend:

Orta Dəhliz uzunmüddətli perspektivdə Azərbaycan üçün əlavəşaxələndirmə imkanları təqdim edir.

Bu barədə Trend“Moody’s”ə istinadən xəbər verir.

“Azərbaycanın iqtisadi dayanıqlığına dair qiymətləndirməmizölkənin neft-qaz sektorundan əhəmiyyətli dərəcədə asılı olmasınabaxmayaraq, qarşıdakı 12–18 ay üçün möhkəm artım perspektivləriniəks etdirir. Azərbaycanın Orta Dəhliz boyunca nəqliyyat-logistikaqovşağı kimi artan potensialı, həmçinin əvvəllər münaqişədəntəsirlənmiş regionların davamlı inkişafı iqtisadi perspektivləridəstəkləyir və uzunmüddətli dövrdə əlavə şaxələndirmə üstünlükləritəmin edə bilər”,- “Moody’s”in hesabatında bildirilir.

Agentliyin proqnozlarına görə, Azərbaycanın real ÜDM artımı2024-cü ildəki 4,1 faizlə müqayisədə 2025-ci ildə 1,5 faizə qədərazalacaq. Azalma riskləri qlobal ticarət qeyri-müəyyənliyi vəgeosiyasi dəyişkənlik fonunda daha zəif xarici mühitləbağlıdır.

“Gələcəkdə gözləntimiz odur ki, qeyri-neft sektorunun artımınəqliyyat-logistika sektorunda imkanların genişlənməsi və fəallıqhesabına dəstəklənəcək. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutukimi əsas nəqliyyat xəttləri əhəmiyyətli investisiyalar cəlb edirvə bütövlükdə iqtisadiyyata müsbət təsir göstərir. Qarabağ və ŞərqiZəngəzur regionlarının bərpası da böyükmiqyaslı kapital qoyuluşlarıvə tikinti fəaliyyətləri hesabına artıma töhfə verir. Paralelolaraq, bərpa olunan enerji sahəsində dövlət siyasəti külək vəgünəş layihələrinə xarici investisiyaları cəlb edir və gələcəkdətəmiz enerji ixracından gəlir imkanları yaradır”,- hesabatda qeydolunur.

Məqalədə:
Seçilən
63
1
az.trend.az

2Mənbələr