AZ

Britaniyada çoxarvadlılığa DÖVLƏT DƏSTƏYİ – İkinci və üçüncü arvadlara PUL ARTIRILIR

Britaniyada çoxarvadlı müsəlman ailələrinə verilən müavinətlər artırılır.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. “Əlavə həyat yoldaşları” üçün nəzərdə tutulan ödənişlərin məbləği gələn il artacaq, sosial şəbəkələrdə isə bu qərar müzakirə olunur.

Məlumata əsasən, Böyük Britaniya Maliyyə Nazirliyi müsəlman ailələrindəki ikinci, üçüncü və dördüncü həyat yoldaşları üçün müavinətlərin həcmini artıracaq.

Hazırda pensiya yaşında olan “əlavə həyat yoldaşları” həftədə 119,5 funt sterlinq alırlar. Gələn ildən etibarən bu məbləğ 125,25 funt sterlinq təşkil edəcək.

Qeyd olunur ki, qanunvericilikdə həyat yoldaşlarının sayı ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.

Sosial şəbəkə istifadəçiləri artıq bu vəziyyətlə bağlı “dahiyanə plan” hazırlayıblar: dörd həyat yoldaşı və hərəsindən dörd uşaq.

Aparılan hesablamalara görə, belə olan halda müxtəlif sosial yardımlarla birlikdə (Universal Credit, uşaq pulu, mənzil müavinəti və s.) ailənin illik gəliri təxminən 250 min funt sterlinqə çata bilər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
44
interpress.az

1Mənbələr