AZ

ABŞ qaçqınlar üçün iş icazəsi müddətini 18 aya endirdi

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) qaçqınlar və sığınacaq verilmiş şəxslər üçün iş icazəsi müddətini 5 ildən 18 aya endirib.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu dəyişiklik deportasiya və ya status dəyişikliyi ərizəsini gözləyənləri də əhatə edir.

USCIS direktoru Cozef Edlou bildirib ki, bu addım əcnəbilərin daha tez-tez yoxlanmasına imkan verəcək.

Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən “yüksək riskli ölkələr” kateqoriyasına daxil edilən 19 ölkənin vətəndaşlarına səyahət məhdudiyyətləri tətbiq olunur. Bu ölkələr arasında Əfqanıstan, İran, Somali, Sudan, Yəmən və digər ölkələr var.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
75
missiya.az

1Mənbələr