AZ

Daşkənd şəhərində “Üstyurt” Əməliyyat Şirkətinin ofisinin açılış mərasimi olub

Bakı. Trend:

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Üstyurt” ƏməliyyatŞirkətinin ofisinin açılış mərasimi keçirilib.

Açılış mərasimində “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarəHeyətinin sədri Baxodirjon Sidiqov, SOCAR-ın vitse-prezidenti ArzuCavadova, layihə komandalarının üzvləri, eləcə də layihənin ərsəyəgəlməsinə töhfə verən dövlət qurumlarının nümayəndələri iştirakediblər.

Çıxışlarda “Üstyurt” Əməliyyat Şirkətinin geoloji-kəşfiyyatpotensialının inkişafına, bu sahədə qabaqcıl texnologiyalarıntətbiqinə və regionun enerji dayanıqlığının gücləndirilməsinəəhəmiyyətli töhfə verəcəyi vurğulanıb. Bildirilib ki, şirkətinyaradılması və ofisin açılması Azərbaycan və Özbəkistan arasındamövcud olan möhkəm dostluq və qardaşlıq münasibətlərininnəticəsidir. İki ölkə başçısının siyasi iradəsi və ali dövlətsəviyyəsində dəstək bu kimi mühüm layihələrin həyata keçirilməsi vəonların uğurlu icrasına zəmin yaradır.

Qeyd edək ki, “Üstyurt” investisiya bloklarının (Boyterak,Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı,işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi Azərbaycan–Özbəkistanenerji əməkdaşlığı strategiyasının həyata keçirilməsində mühümmərhələ hesab olunur.

Operator şirkətin ofisinin istifadəyə verilməsi layihənin aktivəməliyyat mərhələsinə keçdiyini göstərir. Qısa müddət ərzindəzəruri hazırlıq işləri yerinə yetirilib: operator qeydiyyatdankeçirilib, vacib lisenziyalar əldə olunub və geoloji-kəşfiyyatişlərinin başlanmasına dair prosedurlar icra olunub.

Məqalədə:
Seçilən
10
6
az.trend.az

7Mənbələr