AZ

ABL: Tura yekun vurulur

Bu gün Azərbaycan Basketbol Liqasında 8-ci tura yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun son günündə iki oyun baş tutacaq. 

B qrupunda yer alan "Quba" öz meydanında “Sumqayıt”ı qonaq edəcək. Meydan sahibləri 7 turdan sonra 9 xalla 5-ci, eyni xala malik "gənclik şəhəri" təmsilçisi isə sonuncu pillədə qərarlaşıb. 

Günün digər qarşılaşması Şəkidə reallaşacaq. Şəhərin eyniadlı təmsilçisi "Sabah"la qarşılaşacaq. Tərəflər turnir cədvəlinin əks qütblərindən eyni uzaqlıqda mövqe tutur. Bölgə təmsilçisi 8 xalla 5-ci, bakılılar isə 14 xalla 2-ci yerdədir. 

Qeyd edək ki, 8-ci turun digər görüşlərində "Ordu" "Sərhədçi"ni (100:64), "Gəncə" "Neftçi"ni (80:73), "Abşeron Lions" NTD-ni (102:87), "Naxçıvan" "Lənkəran"ı (82:75) məğlub edib.

Azərbaycan Basketbol Liqası
8-ci tur 
5 dekabr

15:00. Quba - Sumqayıt 
Quba. Olimpiya İdman Kompleksi.

17:00. Şəki – Sabah
Şəki. Olimpiya İdman Kompleksi.

A qrupu

1. Abşeron Lions 8 7 1 +79 15
2. Sabah 7 7 0 +162 14
3. Gəncə 7 3 4 -29 10
4. Neftçi 6 2 4 +22 8
5. Şəki 6 2 4 -58 8
6. NTD 8 0 8 -176 8

B qrupu

1. Ordu 8 8 0 +175 16
2. Naxçıvan 8 6 2 +28 14
3. Lənkəran 8 3 5 -18 11
4. Sərhədçi 8 2 6 -68 10
5. Quba 7 2 5 -38 9
6. Sumqayıt 7 2 5 -79 9
 

Seçilən
50
fanat.az

1Mənbələr