IndiGo tərəfindən ləğv edilən uçuşların sayı 1000-i keçib
Hindistanın ən böyük aviaşirkəti IndiGo, əməliyyat pozuntuları səbəbindən 3 dekabrdan bəri 1000-dən çox reysi ləğv edib. Hindustan Times qəzetinin məlumatına görə, ölkə daxilindəki hava limanlarında davam edən əməliyyat pozuntuları səbəbindən ləğv edilən IndiGo reyslərinin sayı 1000-i keçib.
Bundan əlavə, davam edən əməliyyat pozuntuları səbəbindən çoxsaylı reyslər təxirə salınıb.
Sərnişinlər ləğv və gecikmələr səbəbindən uçuş pozuntularından şikayətlənməyə davam edirlər və bir çox hava limanlarında IndiGo kassalarının qarşısında uzun növbələrin yaranmasının görüntüləri sosial mediada paylaşılıb.
Rəsmilər bildiriblər ki, aviaşirkət bu gün Yeni Dehlidə 225, Haydarabadda 92 və Benqaluruda 100-dən çox reysi ləğv edib.
IndiGo ləğvlər və gecikmələrlə bağlı açıqlama yayıb və bildirib ki, komandası gecikmələrin mənfi təsirlərini azaltmaq və əməliyyatların normal vəziyyətə qayıtmasını təmin etmək üçün intensiv işləyir.
Dünən IndiGo "səhv qərarlar və planlaşdırma çatışmazlığı" səbəbindən 400-dən çox reysi ləğv etdiyini açıqlayıb.
Hindistanın ən böyük aviaşirkəti olan IndiGo-nun 3 dekabrdan bəri heyət çatışmazlığı, texniki problemlər və hava limanında tıxac səbəbindən çoxsaylı uçuşları ləğv edilib.
Bu yaxınlarda IndiGo-nun "uçuş iş vaxtı məhdudiyyətləri səbəbindən əhəmiyyətli dərəcədə heyət çatışmazlığı yaşadığı" bildirilir.
İş vaxtı məhdudiyyətlərinə uyğun olaraq, aviaşirkət heyətinin həftəlik istirahət müddətləri 48 saata qədər artırılıb.
aia.az
Tərcümə şöbəsi