AZ

Hemofiliya üzrə regional seminarlar yekunlaşdı - FOTOLAR

TƏBİB və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə tibb müəssisələrində çalışan həkimlər üçün “Hemofiliya xəstəliyinə multidisiplinar yanaşma” mövzusunda seminarlar keçirilib.

QHT.az xəbər verir ki, bu barədə məlumatı Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov bildirib. Onun sözlərinə görə, sentyabr ayından etibarən Sumqayıt, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran və Siyəzən daxil olmaqla 7 regionu əhatə edən ardıcıl təlimlər təşkil olunub:

"Seminarların məqsədi hemofiliyalı xəstələrin kompleks idarə olunmasında iştirak edən müxtəlif ixtisaslardan həkimlərin bilik və bacarıqlarını artırmaq, müasir praktiki yanaşmalar barədə məlumatlılığı genişləndirmək olub. Təlimlər tibb işçilərinin davamlı tibbi təhsili çərçivəsində onların peşəkar inkişafına töhfə verib və ümumilikdə 323 əməkdaşın iştirakı ilə başa çatıb".

 

Pərvanə Fərhadqızı

Seçilən
66
qht.az

1Mənbələr