Bakı. Trend:
Son bir il ərzində “Azərbaycan Dəmir Yolları” (ADY)emissiyaların həcmini təxminən 50 faiz azaldıb.
Trend xəbər verirki, bunu bu gün “Azərbaycan Dəmir Yolları”nın (ADY) sədri RövşənRüstəmov Bakıda ADY və Asiya İnkişaf Bankı (AİB) əməkdaşlığıçərçivəsində karbonsuzlaşdırma ilə bağlı layihənin təqdimatı zamanıbildirib.
“Bu layihə bizə bütün dəmir yolu infrastrukturu üzrə bərpaolunanenerji mənbələrinin inkişafına yönəlmiş tam strukturlu investisiyaproqramı hazırlamağa kömək edəcək. Tədqiqat təkcə texnikiaspektləri deyil, həm də maliyyə, iqtisadi, ekoloji və sosialparametrləri əhatə edəcək ki, layihənin həm əhəmiyyətli təsiri, həmdə dayanıqlığı təmin olunsun”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bu təşəbbüs elə bir vaxtda həyata keçirilirki, Azərbaycan Şərqlə Qərb, həmçinin Şimalla Cənub arasında mühümvə getdikcə daha vacib olan infrastruktur və nəqliyyat qovşağınaçevrilir.
Rüstəmov vurğulayıb ki, Azərbaycanın ərazisindən keçənyükdaşımaların həcmi artdıqca dəmir yolu sistemininrəqabətədavamlılığı onun daha səmərəli, etibarlı və daha az ekolojiizlə işləmək imkanından asılı olur.
“Bu təşəbbüs ADY-nin artıq yaratdığı təmələ əsaslanır. Son birildə biz təbii qaz üzrə emissiyaları təxminən 50 faiz azaltmışıq,dəmir yolu şəbəkəmizin demək olar ki, 63 faizi artıqelektrikləşdirilib. Ötən il isə yükdaşımalarımızın 80 faizdən çoxuelektrik yedəyi ilə həyata keçirilib”, – deyə o bildirib.
Rüstəmov qeyd edib ki, ADY təşkilat daxilində daha ağıllı vəinteqrasiya olunmuş rəqəmsal alətlər vasitəsilə iş prosesləriniyenidən qurur.