“Bazarda FED-in yeni sədri Hassettin inflyasiya hədəfi hesabına maliyyə və ya digər mülahizələrlə idarə edəcəyinə əminlik yaransa, bu, ABŞ-dən kapital axınına və dolların dəyərinin aşağı düşməsinə səbəb olacaq. Bu isə, öz növbəsində, btün dünyada ciddi nəticələrə, o cümlədən yüksək inflyasiyaya gətirib çıxaracaq”,- AMB-nin məmuru qəzetə açıqlamasında deyib.
Avropa tənzimləyicisinin daha bir məmurunun fikrincə, Ağ Evin xeyrinə qərarlar qəbul etməsi üçün Tramp administrasiyasının Hassettə mümkün təzyiqləri səbəbindən inflyasiya yüksələ bilər: “ABŞ-də siyasi müdaxilə səbəbindən inflyasiya tendensiyası potensialı var”.
Üçüncü bir məmur isə bildirib ki, potensial namizədin ABŞ administrasiyasına yaxınlığı“Hassettin Tramp üçün ən yaxşı seçim olacağını”vurğulayıb.
![]() |
| FT: “Avropa Bankı Ukraynaya zamin durmayacaq” |
Bundan əvvəl, “Bloomberg” agentıiyi Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassettin Trampın müttəfiqləri tərəfindən FES-in sədri postuna ən yaxşı namizəd kimi nəzərdən keçirdiyiyi yazmışdı.
- Ağ Ev hesab edir ki, Hasset yeni vəzifəsində Trampın baza faiz dərəcəsini aşağı salmağa yönəlmiş siyasətini həyata keçirə biləcək”,- məlumatda deyilir.
Bununla belə, “Bloomberg” diqqətə çatdırıb ki, Amerika administrasiyasının hazırkı rəhbəri gözlənilməz kadr qərarları verməklə tanındığınagörə Hassettin namizədliyi hələlik qəti sayıla bilməz.
Yeri gəlmişkən, AMB bir neçə gün əvvəl Rusiyanın Avropa İttifaqında (Aİ) dondurulmuş aktivləri hesabına Ukraynaya “təzminat krediti”nin verilməsi barədə Avropa Komissiyasının (AK) təklifində təminatçı rolunu oynmaq təklifindən imtina edib.
Sahil İsgəndərov
AzVision.az
