AZ

Qarabağda bərpa-quruculuq prosesi orijinal layihələrə əsaslanır - Pakistan Ali Məhkəməsinin vəkili

Bakı.Trend:

Son iki ildə Qarabağa səfər etmişəm və şahid oldum ki, oərazilər işğalçılar tərəfindən tamamilə darmadağın edilib.

Trend xəbər verir ki, bunu bu gün Pakistan Ali Məhkəməsininvəkili Muhammad Sohail Sajid Qərbi Azərbaycan İcması tərəfindən"Mədəni və Qayıdış Hüququ Ermənistandan didərgin salınmışazərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa vasülhə aparan yol kimi" mövzusunda keçirilən III BeynəlxalqKonfransın panel sessiyasında çıxışı zamanı deyib.

O vurğulayıb ki, işğalın izləri hər yerdə görünür:

"Həmçinin, xeyli ərazi minalanıb və yerli əhali üçün təhdidtəşkil edir. Qarabağda tarixi abidələr, məscidlər və digər yaddaşməkanları dağıdılıb".

Onun sözlərinə görə, Qarabağda bərpa və quruculuq işləriorijinal layihələrə əsaslanır, tarixi məhəllələr bərpa edilir vəkeçmiş gələcəklə əlaqələndirilir.

Seçilən
25
az.trend.az

1Mənbələr