Bakı. Trend:
Motodəbilqə taxmadan mopedi idarə edənlər cərimələnəcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisinin Hüquq siyasəti vədövlət quruculuğu və
Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunan İnzibatiXətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində özəksini tapıb.
Layihəyə əsasən, motodəbilqə taxmadan və ya onu düymələmədənmopedi idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onudüymələməyən sərnişinləri mopedi daşımağa görə qırx manatməbləğində cərimə ediləcək.