Binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasına dair öhdəliklərin yerinə yetirilməməsinə görə cərimə müəyyənlədiriləcək.
"Unikal" xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasına dair öhdəliklərin yerinə yetirilməməsinə görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcək.