525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Kriptovalyutalar son illərdə qlobal maliyyə sistemində inqilabi dəyişikliklərə səbəb olan rəqəmsal aktivlərdir. Kriptovalyutaların iqtisadi rolu getdikcə genişlənir. Bu gün kriptovalyutalar həm sahibkarlar, həm də ümumilikdə ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradır. kriptovalyutalar artıq yalnız alternativ ödəniş vasitəsi deyil, inkişaf etmiş ölkələrin maliyyə sistemlərinin formalaşmasında mühüm komponentə çevrilib”.
Bunu iqtisadçı ekspert Asif İbrahimov 525.az-a bildirib. Oqeyd edib ki, kriptovalyutaların tətbiqi maliyyə sisteminə innovasiyaların daxil olmasına və rəqəmsal texnologiyaların genişlənməsinə səbəb olur:
“Kriptovalyutaların Azərbaycanda tətbiqi mümkündür və perspektivlidir. Lakin bu proses yalnız kompleks tənzimləmə, təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi fonunda iqtisadi artıma real töhfə verə bilər”.
Sevinc Qarayeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.