AZ

2026-cı ildən "Cənub Qaz Dəhlizi" QSC hər il formalaşan pul vəsaitinin böyük hissəsini dividendlər şəklində SOCAR-a və dövlətə yönəldəcək - "Fitch"

Bakı. Trend:

“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2026-cı ildənetibarən hər il formalaşan pul vəsaitinin böyük hissəsinidividendlər şəklində SOCAR-a və Azərbaycan dövlətinəyönəldəcək.

Bu barədə Trend“Fitch Ratings”ə istinadən xəbər verir.

“Biz qroqnozlaşdırırıq ki, EBITDA (faizlər, vergilər,amortizasiya və köhnəlmə çıxılmadan əvvəlki mənfəət) xalis leverecəmsalı göstəricisi 2025–2028-ci illər üzrə orta hesabla təxminən0,5x (2024-cü ildə 0,3x) səviyyəsində olacaq ki, bu da güclü pulaxınlarının davam etməsi və aşağı kapital xərcləri ilə bağlıdır.Proqnozlarımıza əsasən, 2026-cı ildən etibarən “Cənub Qaz Dəhlizi”QSC hər il generasiya edilən vəsaitin böyük hissəsini SOCAR-a vədövlətə dividendlər kimi yönəldəcək. Təhlildə biz “Cənub QazDəhlizi” QSC-nin konsolidasiya olunmuş profilinə əsaslanırıq. Buprofilə TANAP-ın tam konsolidasiyası (o cümlədən minoritar paysahiblərinə dividendlər), “Şahdəniz” hasilatın pay bölgüsüsazişindəki payın proporsional konsolidasiyası və “Cənubi QafqazBoru Kəməri, eləcə də TAP-dakı paydan əldə olunan dividendlərdaxildir”.

Reytinq agentliyinin analitikləri “ Abu Dhabi National OilCompany”nin investisiya platforması olan “XRG” şirkətindəki payınmümkün satışı baş verdikdən sonra da “Cənub Qaz Dəhlizi” QSÇ-ninreytinq strukturunun dəyişməz qalacağını gözləyir.

“Hesab edirik ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” QSC üzərindənəzarəti və qərarvermə hüququnu qoruyub saxlayacaq. Əgər tərəflərlayihələrin gücünü artırmaq qərarına gəlsələr, bu əməliyyatkorporativ idarəetmə və texnoloji dəstək baxımından müsbət təsirgöstərə bilər, həmçinin maliyyələşməyə çıxışı asanlaşdırabilər”.

Məqalədə:
Seçilən
62
az.trend.az

1Mənbələr