AZ

Tramp onları ölkəsinə buraxmayacaq 30 dan çox ölkə araşdırılır

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem Fox News-un "The Ingraham Angle" proqramında ABŞ-nin səyahət qadağası tətbiq edəcəyi ölkələrlə bağlı açıqlama verib.

Kristi Noem səyahət qadağası tətbiq olunacaq ölkələrin sayını 30-dan yuaxrı çatdırmaq istədiklərini bildirib.

"Say barədə qəti bir şey deməyəcəyəm, amma bu rəqəm 30-dan çoxdur və Prezident bu ölkələri qiymətləndirməyə davam edir", -deyə o bildirib.

Noem daha sonra deyib: "Əgər onların sabit bir hökuməti yoxdursa, özlərini təmin edə biləcək və bu şəxsləri müəyyən etməyimizə və araşdırmağımıza kömək edə biləcək bir administrasiyası yoxdursa, niyə həmin ölkədən olan insanların ABŞ-yə gəlməsinə icazə verməliyik?".

ABŞ Daxili Təhlükəsizlik Katibi siyahıya hansı ölkələrin əlavə ediləcəyini açıqlamayıb. 

Qeyd edək ki, Trampın 5 iyunda imzaladığı sərəncama əsasən, Əfqanıstan, Myanmar, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-tə səyahət etməsi qadağan edilib.

Prezident Tramp həmçinin Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına da səyahət məhdudiyyətləri tətbiq edib.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
1
azpolitika.info

2Mənbələr